Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Futzal millimiz Xorvatiya ilə oyuna hazırdır EKSKLÜZİV

28.01.2025 [19:57]

Bu gün futzal üzrə yığma komandamız Avropa çempionatının əsas mərhələsində iştirak üçün son təlim-məşqini edib. 2 gün davam edən təlimlərə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət olunub. Baş məşqçi Vitali Borisov məşqlərdən sonra səfərə 14 futzalçını aparacaq.