Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin sədri Sahibə Qafarova 11 saylı seçki məntəqəsində səs verib

29.01.2025 [12:36]

Xəbərin mətni

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova yanvarın 29-da 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.
AZƏRTAC xəbər verir ki, məntəqədə səsvermənin gedişini yerli müşahidəçilər izləyirlər. Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunur. Məntəqədə 1482 seçici qeydiyyatdadır.