SİYASƏT
Baş nazir Əli Əsədov bələdiyyə seçkilərində səs verib
29.01.2025 [14:28]
Xəbərin mətni
Yanvarın 29-da bələdiyyə seçkilərinin başlandığı səhər saatlarından 7 saylı Səbail rayon seçki dairəsinin 2 saylı seçki məntəqəsində də fəallıq var idi.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu seçki məntəqəsinə gələrək səs verib.