CƏMİYYƏT
“Həzi Aslanov” stansiyasının dalanında təmir işlərinə başlanılacaq
30.01.2025 [15:10]
Xəbərin mətni
““Həzi Aslanov” stansiyasının baxış, xidmət, qulluq, kiçikhəcmli təmir işləri, bir yoldan digərinə keçirilməsi və gecələməsi üçün nəzərdə tutulmuş dalanında əsaslı təmir və yenidənqurma işlərinə hazırlıq başlanılıb. “Bakı Metropoliteni” QSC-nin aidiyyəti xidmətləri dalan yollarında təmizləmə işlərini həyata keçiriblər. Burada təmas relsi, yoldəyişdirici qurğular, yol yataqları, elektrik naqilləri, rabitə xətləri, ventilyasiya sistemləri, təhlükəsizlik kameraları sökülərək podratçı şirkətin işlərə start verməsinə münbit zəmin yaradılıb.