Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Son 20 ildə 727 körpü və yol ötürücüsü, 73 tunel və 163 piyada keçidi inşa edilib

30.01.2025 [17:19]

Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsi və inkişafı istiqamətində paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhər yollarında 2004-2024-cü illər ərzində beynəlxalq standartlara cavab verən, müasir texnologiyalar əsasında, orijinal dizaynda 335 körpü və yol ötürücüsü tikilib, 56-ı təmir edilib, 163 yeraltı və yerüstü piyada keçidi və 45 tunel inşa edilib.