Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Su şəbəkəsinə qoşulma üzrə islahatların və yeni tariflərin təqdimatı keçirilib

30.01.2025 [20:11]

Xəbərin mətni

Bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən rəhbərliyi həyata keçirilən “Su şəbəkələrinə qoşulma” İşçi qrupu çərçivəsində biznes nümayəndələri və digər maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək su şəbəkələrinə qoşulma sahəsində islahatların və yeni tariflərin əhəmiyyətini vurğulayaraq, yeniliklərin biznes mühitinə müsbət təsirini qeyd edib. Kommunal xidmətlər çərçivəsində su şəbəkəsinə qoşulmanın təkmilləşdirilməsi və yeni tariflərin təsdiqi bu sahədə sadələşmə ilə yanaşı, həm xərclər, həm də prosedurların şəffaf şəkildə təqdim olunmasına əlverişli imkanlar yaradıb.