Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vladanka Andreeva: Azərbaycan yuxarı ortagəlirli ölkə kimi digər ölkələrə daha çox yardım edir

31.01.2025 [18:06]

Xəbərin mətni

Azərbaycan başqa ölkələrə humanitar və inkişaf yardımı göstərir. AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva yanvarın 31-də BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində deyib.