Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

33 illik həsrət bitdi - Rzayevlər ailəsi Xocalıda məskunlaşdı

31.01.2025 [21:05]

Xəbərin mətni

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları tərəfindən etnik təmizləmə və soyqırımı həyata keçirilən Xocalı düşməndən azad edildikdən sonra yenidən qurulur. Yeni yollar salınır, evlər tikilir, infrastruktur yaradılır... Bir vaxtlar güllə altında, min bir müsibətlə doğma torpaqlarını tərk etmiş Xocalı sakinləri öz vətənlərinə geri dönürlər. Ağrılı, dərdli günlər artıq geridə qalıb. Bu gün geniş abadlıq-quruculuq işlərinin aparıldığı Xocalıda indi həyat qaynayır.