DÜNYA
Çində Yeni il qala- konsertində robotlar da rəqs edib
01.02.2025 [16:14]
Xəbərin mətni
Çin Mərkəzi Televiziyasının (CCTV) Çin Yeni ili (Yaz festivalı) münasibətilə təşkil etdiyi qala-konsertdə insanabənzər robotlar maraqlı rəqsi nömrəsi təqdim edib. AZƏRTAC xəbər verir ki, Çinin “Unitree” şirkətinin istehsalı olan 16 robot bir o qədər rəqqas qızla birlikdə səhnəni bölüşüblər. Ənənəvi Çin rəqsi olan “Yangko”nu ifa edən robotlar rəqsin bütün elementlərinin, habelə yaylıq fırlatmanın öhdəsindən gəliblər. Bununla “Fuxi” adlı robotlar ənənəvi incəsənət ilə texnologiyanın nailiyyətlərini birləşdirməyi bacarıblar.