SİYASƏT
Yıldırım Tuğrul Türkeş: AŞPA-nın ölkələrə yanaşması yanlışdır
02.02.2025 [18:21]
Xəbərin mətni
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana münasibətdə siyasətini Gürcüstana qarşı da davam edir. Qurum bu üslubunu dəyişməlidir. Ötən il Azərbaycanla bağlı atılan addımlar da doğru deyildi, hər ölkənin suverenlik haqqı var. Azərbaycandakı seçkiləri bir çox ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan gəlmiş müşahidəçilər izləyirdilər. Amma AŞPA-nın yanaşması düz olmadı. Avropa Şurasındakı bəzi ölkələr özlərini dünyadakı demokratiyadan da üstün hesab edirlər. Bu, düzgün deyil.