ORDU
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib
04.02.2025 [17:00]
Xəbərin mətni
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, döyüş bayrağı sıra meydanına gətirilib.