İQTİSADİYYAT
Milli Məclisdə sahibkarlar ilə bağlı önəmli qanun qəbul edildi
04.02.2025 [19:08]
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-dək uzadılıb. Bu məsələ Milli Məclisin son iclasında müzakirəyə çıxarılaraq, "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında" qanuna edilən dəyişiklik çərçivəsində təsdiqlənib. Layihə parlamentin plenar iclasında səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Milli Məclisin deputatı Aydın Hüseynov bildirir ki, yoxlamaların dayandırılması və bu müddətin mütəmadi olaraq uzadılması dövlətin sahibkarlara verdiyi dəstəyin bariz nümunəsidir.