Ukrayna Milli Uşaq Kitabxanasının sığınacağı Azərbaycan dövlətinin dəstəyi ilə yenidən təmir edilib
05.02.2025 [11:51]
Xəbərin mətni
Azərbaycan dövlətinin dəstəyi ilə Kiyevdə Ukrayna Milli Uşaq Kitabxanasının sığınacağı yenidən təmir edilib. AZƏRTAC xəbər verir ki,sığınacağın açılış mərasimində Ukraynanın Mədəniyyət və Strateji Kommunikasiya, Xarici İşlər nazirliklərin, Kiyev şəhər Meriyasının, Kiyev şəhər Hərbi Administrasiyasının nümayəndələri, Ali Radanın deputatları, bu ölkədə akkreditə olunmuş 20-dən artıq səfir, diplomatlar, mədəniyyət xadimləri və yerli media nümayəndələri iştirak ediblər.