Parlaq gələcəyimizə imza atanlar – Örnək müəllim Mətanət Kərimovanı tanıyaq
05.02.2025 [20:05]
Xəbərin mətni
Azərbaycanda ən gənc yaşda “Tərəqqi” medalına layiq görülən Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova 2011-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Onun 10-a yaxın şagirdi Respublika Fənn olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tarix müəllimi Mətanət Kərimova pedaqoji fəaliyyətə başladığı ilk gündən “İnkişaf edən müəllim inkişaf edən gələcək deməkdir” kəlamını özünə şüar seçib.