Ağdam tezliklə regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək
06.02.2025 [13:21]
Xəbərin mətni
Füsunkar təbiəti, tarixi-mədəni abidələri ilə tanınan Qarabağda geniş turizm potensialı var. Bərpa-quruculuq işlərinin aparılması və sakinlərin doğma yurda qayıdışı ilə paralel olaraq bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün tədbirlər görülür. Regionun digər yerlərində olduğu kimi, Ağdamda da genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, tarixi-mədəniyyət abidələri bərpa edilir, müasir tələblərə cavab verən otellər inşa olunur.