Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşası yekunlaşır

06.02.2025 [15:43]

Xəbərin mətni

İşğaldan azad edilən ərazilərdə digər sahələrlə yanaşı, tibb və səhiyyə xidmətlərinin təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Belə layihələrdən biri təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan 90 çarpayılıq Şuşa Rayon Mərkəzi Xəstəxanasıdır.