Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid Müşfiq Quliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırılıb

07.02.2025 [18:23]

Xəbərin mətni

Quliyev Müşfiq İbrahim oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Cəbrayılın Mahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü. 32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Müşfiq Quliyevin nəşinin qalıqları işğaldan azad olunan doğma yurdu Cəbrayılın Horovlu kəndində torpağa tapşırılıb.