Səhiyyə Nazirliyi Cəbrayıl şəhərində ilk dəfə sakinlər üçün tibbi müayinələr təşkil edib
07.02.2025 [20:01]
Xəbərin mətni
“Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir fevralın 7-də keçirilib. Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən ilk dəfə olaraq Cəbrayıl şəhərində sakinlər üçün tibbi xidmətlər göstərilib.