Aleksandr Kovalenko: Bu çətin şəraitdə Azərbaycanın Ukraynaya dəstəyi əvəzsizdir
08.02.2025 [14:08]
Xəbərin mətni
Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlər illərdir, hətta onilliklərdir ki, sıx dostluq, tərəfdaşlıq, eləcə də qarşılıqlı faydalı münasibətlərə malikdir. Ona görə də indi Bakıdan Kiyevə gələn bu cür yardım və dəstək çox vacibdir. Bu, xalqlarımız arasında dostluğun uzunmüddətli perspektivə malik olduğunu təsdiqləyir.