SİYASƏT
USAID-in şübhəli fəaliyyəti və ikiüzlü yanaşması
08.02.2025 [14:13]
Bir təşkilat düşünün... İnsan hüquqları, iqtisadi inkişaf və sosial rifahı dəstəklədiyini iddia edir Məqsədi guya xarici ölkələrə humanitar yardım göstərməkdir. Lakin, fəaliyyətinə daha yaxından baxdıqda, USAID-in əslində siyasi məqsədlərə xidmət etdiyi və qərəzli mövqe sərgilədiyi açıq-aydın görünür. Araşdırmalar göstərir ki, 1991-ci ildən bəri USAlD Azərbaycana dəstək proqramlarına 450 milyon dollardan çox sərmayə qoyub.