Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sabah qar yağacaq, külək əsəcək

09.02.2025 [17:18]

Xəbərin mətni

Azərbaycanda fevralın 10-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.