Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrəvandakı Azərbaycan məscidi təhqir olunur

10.02.2025 [18:17]

Son günlər sosial şəbəkələrdə İrəvanın Təpəbaşı məhəlləsində yerləşən tarixi Azərbaycan məscidinin qalıqlarını lentə aldığı görüntülər yayılıb. Həmin görüntülərdən aydın olur ki, məscid hazırda spirtli içkilərin istehlak edildiyi məkana çevrilib. Dini abidəmizə qarşı bu açıq hörmətsizlik növbəti dəfə mədəni irsimizin tapdanması deməkdir.