AZƏRTAC XƏBƏR VERİR: İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqlənib
10.02.2025 [19:36]
İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 milyard 941 milyon 690 min manat məbləğində təsdiq edilib. Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.