Bakıda “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatı keçirilir
10.02.2025 [19:45]
Xəbərin mətni
Dünya Bankı Bakıda 2024-cü il üzrə “Dünya İnkişafı haqqında Hesabat”ın (World Development Report - WDR) təqdimatını keçirir.
AZƏRTAC xəbər verir ki, hesabatın nəticələri və onun əsasında regional təhlil hesabatın əsas müəllifləri və Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı tərəfindən təqdim edilib.
Bildirilib ki, “Dünya İnkişafı haqqında Hesabat” (WDR) 1978-ci ildən bəri Dünya Bankı tərəfindən nəşr olunan illik hesabatdır. Hər bir hesabat iqtisadi inkişafın müəyyən bir aspekti haqqında dərin təhlili təqdim edir. Hesabatlar bankın inkişaf haqqında baxışlara ən tanınmış töhfəsidir.