“Qarabağ şikəstəsi”nin sədası Çindən gəlir
02.06.2015 [12:40]
Xəbərin mətni
Çin Xalq Respublikasının (ÇXR) paytaxtında keçirilən ənənəvi “Pekində görüş” beynəlxalq incəsənət festivalı davam edir. Müxtəlif xalqların mədəniyyət mübadiləsini təşviq etmək məqsədi daşıyan festival çərçivəsində mayın 31-də Çin paytaxtının ən möhtəşəm salonlarından olan Pekin Konsert Sarayında Azərbaycan musiqisi gecəsi təşkil edilib.