Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Olimpiya Komitəsinin Hesabat-seçki baş məclisi keçirilib

18.02.2025 [15:21]

Xəbərin mətni

Fevralın 18-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki baş məclisi keçirilib.

AZƏRTAC xəbər verir ki, baş məclisdə Milli Olimpiya Komitəsinin üzvləri, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyalarının və idman təşkilatlarının nümayəndələri iştirak ediblər.