AZƏRTAC XƏBƏR VERİR: Prezident Ağdamda aparılan bir sıra tikinti işləri ilə tanış olub
18.02.2025 [19:38]
Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib. Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 209 mənzilli “Ağdam Residence” yaşayış kompleksində, “Hilton Garden İnn” hotelində, Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində, Ağdam şəhər 1 nömrəli tam orta məktəbdəvə 1 nömrəli körpələr evi-uşaq bağçasında, Ağdam Muğam Mərkəzində aparılan tikinti işləri ilə tanış olublar.