Fuad Muradov: Azərbaycanın diaspor təşkilatları son illərdə çox böyük uğurlar əldə edib
21.02.2025 [18:05]
Xəbərin mətni
Düsseldorf və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri ilə görüşümüz çox səmərəli oldu. Azərbaycan Prezidentinin tapşırığı ilə həyata keçirilən diaspor siyasəti uğurla davam edir və hər bir soydaşımız bu işə öz töhfəsini verir. Bu tədbirdə də xüsusi vurğulandı ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycan dövlətinin yanındadırlar, ölkəmizdə gedən prosesləri diqqətlə izləyir, həyata keçirilən siyasəti və aparılan islahatları dəstəkləyirlər. Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyanın Düsseldorf və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri ilə görüşdə AZƏRTAC-a müsahibəsində deyib.