Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi olub
22.02.2025 [21:24]
Xəbərin mətni
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın hər il gimnastika üzrə beynəlxalq yarışlara ev sahibliyi etdiyini və bunun ölkə idmanının inkişafı üçün mühüm önəm daşıdığını vurğulayıb. Gimnastlarımızın "Paris-2024" Yay Olimpiya Oyunlarında yaxşı nəticələr əldə etdiyini söyləyən nazir bu uğurların davamlı olacağına inandığını bildirib. F.Qayıbov turnirdə iştirak edən bütün idmançılara müvəffəqiyyətlər arzulayıb və Dünya Kubokunu açıq elan edib.