Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xanbulan gölünün qış görüntüləri

24.02.2025 [16:44]

Xəbərin mətni

Lənkərandakı Xanbulan gölü Azərbaycan təbiətinin incilərindən biridir və ilin bütün fəsillərində gözoxşayan mənzərəsi ilə insanları valeh edir. Göl Lənkəran rayonunun Xanbulan kəndində yerləşir və sıx meşəliklərlə əhatə olunub. Burada dəmirağacları qış fəslində ağ örpəyə bürünərək gölə xüsusi gözəllik verir.