CƏMİYYƏT
Polis Nəsimi rayonunda keçirdiyi əməliyyatlar zamanı 20 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
24.02.2025 [17:10]
Xəbərin mətni
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Son əməliyyat zamanı əvvəllər məhkum olunmuş 32 yaşlı Ərşad Nağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkar edilərək götürülüb.