Meyitdən 10-11 nəfərə orqan köçürülməsi mümkündür
24.02.2025 [19:17]
Xəbərin mətni
Beyin ölümü diaqnozu qoyulandan sonra təkrar testlər aparılır. Əgər beyin ölümü təsdiqlənərsə, o zaman Nazirlər Kabinetinin təsdiq etdiyi formaya əsasən mərhumun həyati fəaliyyətinin saxlanılması həyata keçirilir. AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyində keçirilən brifinqdə deyib.