SİYASƏT
Azərbaycan-Pakistan əlaqələrinin bu günü və sabahı
24.02.2025 [21:55]
Azərbaycan və Pakistan arasında müstəqilliyimizin bərpasından sonra qurulan diplomatik əlaqələr bu gün də uğurla davam etdirilir vəstrateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətləruzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır.Pakistan və Azərbaycan liderlərinin qarşılıqlı səfərləri əlaqələrimizi daha da gücləndirir və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə, Azərbaycan prezidentinin ötən ilin iyul ayında Pakistana səfəri və əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi tarixi önəm daşıyır. Bu gün isə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətlidir.