Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əzəl çərşənbə” və ya “Sular Novruzu”

25.02.2025 [13:40]

Xəbərin mətni

Bu gün Novruzun dörd çərşənbəsindən birincisi, yazın ilk müjdəçisi olan Su çərşənbəsidir. Su çərşənbəsi suya tapınma ilə bağlıdır. Bu gün su üzərindən atlanar, suya arzular danışılar və bulaq başından evə su aparılar. Bu çərşənbədə su hövzələrində abadlıq işləri görülür, arxlar qaydaya salınır. Bayrama hazırlıqlar Su çərşənbəsi ilə başlayır, su ilə bağlı müxtəlif şənliklər keçirilir.