Qış aylarında meyvə bağlarında nələrə diqqət yetirilməlidir?
25.02.2025 [20:16]
Xəbərin mətni
Respublikanın müxtəlif bölgələrində son günlər qarın intensiv yağması, havaların şaxtalı keçməsi kənd təsərrüfatı üçün iqtisadi baxımdan əlverişlidir. Qarın yağması demək olar ki, kənd təsərrüfatının bir çox sahəsinə müsbət təsir göstərir. Ancaq soyuq havalara və don vurmaya qarşı xüsusilə meyvə bağlarında diqqətli olmalı məqamlar var.