Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxlayıb
03.03.2025 [16:20]
Xəbərin mətni
Bakı şəhərinin Xətai və digər rayonlarında yerləşən marketlərdən silsilə oğurluqlar edilib. Naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi maskalarla kamuflyaj olunaraq 10-dan artıq marketi talayıblar. Onlar həmin marketlərdən 6 min manat dəyərində tütün məmulatı, ödəmə terminalları və kassalardan ümumilikdə 44 min 500 manata yaxın nağd pul vəsaitini ələ keçiriblər.