Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb

04.03.2025 [14:26]

Xəbərin mətni

Paytaxtın Nizami rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb. Ev sahibi polisə müraciət edərək yaşadığı mənzildən 150 dollar, 4000 manat dəyərində mobil telefon, oyun konsulu və qızıl-zinət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.