Lənkəran sakini 200-300 illik əl dəyirmanını gələcək üçün saxlayır: “Bu dəyirman nəsildən-nəslə keçəcək”
05.03.2025 [16:19]
Xəbərin mətni
Dövrümüzdə müasir texnikalara, o cümlədən elektrik avadanlıqlarına üstünlük verilsə də, bəzi ailələrdə qədimdən qalan vasitələrdən istifadə edənlər də var. Əl dəyirmanları da onlardan biridir. Daşlardan ibarət olan bu dəyirmanlara bəzi bölgələrdə “kirkirə”, cənubda isə talış dilindən tərcümədə “əllə üyüdən” mənasını verən “dasthor” deyilir.