Azərbaycan Dövlət İnformasiya Agentliyi

20-ci əsrin acı həqiqətləri: qovulanların haqq mübarizəsi

05.03.2025 [18:43]

Bu gün Qərbi Azərbaycan İcması tarixi ədalətin bərpası və öz doğma torpaqlarından zorla qovulan insanların dinc və qanuni şəkildə ata-baba yurdlarına qayıtması uğrunda mübarizə aparır. İcma beynəlxalq platformalarda haqq səsini ucaldır və dünya ictimaiyyətini bu humanitar məsələyə biganə qalmamağa çağırır.