Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İslam Səkkizliyi” Azərbaycan üçün əlavə imkanlar açır

05.03.2025 [18:57]

Azərbaycan ötən ili daha bir diplomatik uğurla başa vurdu. D-8 təşkilatına tamhüquqlu üzv seçildi. Bu, təşkilatın yaradıldığı 1997-ci ildən etibarən ilk dəfə olaraq sıralarını genişləndirməsi kimi tarixə düşdü. Türkiyə, Misir, Banqladeş, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistandan sonra Azərbaycan D-8-in doqquzuncu üzvü olmaqla beynəlxalq arenada mövqeyini və qlobal əməkdaşlıq sahəsindəki əhəmiyyətini bir daha təsdiqlədi.