Qubadlının Mahruzlu kəndində birinci mərhələdə 190 ev inşa olunur
05.03.2025 [20:16]
Xəbərin mətni
Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. “Böyük Qayıdış” proqramı çərçivəsində yenidən qurulan kəndlərdən biri də Qubadlının Mahruzlu kəndidir. AZƏRTAC-ın bölgə müxbiri Mahruzlu kəndində olub, həyata keçirilən tikinti işləri ilə maraqlanıb. Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır. Burada ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur.