Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Klinikada ilk dəfə canlıdan-canlıya böyrək transplantasiyası əməliyyatı həyata keçirilib

05.03.2025 [20:39]

Xəbərin mətni

Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində orqan transplantasiyası əməliyyatı icra olunub. Canlıdan-canlıya köçürülən böyrək transplantasiyası əməliyyatı uğurla yekunlaşıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xroniki böyrək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə müraciət edən 26 yaşlı şəxsə (kişi) 59 yaşlı atasından böyrək köçürülməsi əməliyyatı icra edilib. Laparoskopik (qapalı) üsulla icra olunan donorun əməliyyatı və böyrək transplantasiyasından sonra hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib.