Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sürətli keçid kartının hansı üstünlükləri var?

05.03.2025 [21:10]

Xəbərin mətni

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda istifadəçilərin rahatlığını təmin etmək məqsədilə mütəmadi yeniliklər tətbiq olunur. Sonuncu belə layihə avtomobil yolundan istifadə üçün sürətli keçid kartının tətbiqinə başlanılmasıdır. AZƏRTAC-ın bölgə müxbiri ödənişli yolun başlanğıc nöqtəsi - Yaşma keçid məntəqəsində sürətli keçid kartı əldə edərək, tətbiqin üstünlüklərini araşdırıb.