Ən ucuzu 2, ən bahalısı isə 2500 manatdır – Tingçilik təsərrüfatından REPORTAJ
07.03.2025 [15:03]
Xəbərin mətni
Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Odur ki, bura səfər edən hər bir kəsin diqqətini yolboyu əkin sahələrindəki tingçilik təsərrüfatları cəlb edir. Tərtərli təsərrüfat sahiblərinin yetişdirdikləri meyvə və dekorativ bitkilərin tingləri ətraf rayonlarla yanaşı, Bakı şəhərində və respublikanın digər regionlarında satışa çıxarılır.