20 ildən çoxdur avtomobilləri təmir edən xanım, işindən çox məmnundur
08.03.2025 [18:08]
Xəbərin mətni
Zərif cinsin nümayəndələri zaman-zaman istənilən şəraitdə, hətta kişilərin belə öhdəsindən çətinliklə gəldiyi peşələrdə çalışmaq bacarığını göstəriblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa sakini Aynurə Abadova da bu cür xanımlardan biridir. O, 20 ildən çoxdur ki, avtomobillərin isitmə qurğusunun, radiatorlarının təmiri ilə məşğuldur.