Azərbaycan Dövlət İnformasiya Agentliyi

Döyüşçü qadın, şəhid anası və müəllimə - Züleyxa Davudova

08.03.2025 [20:04]

Xəbərin mətni

Əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi tanınıb. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpaqlarımızın bütövlüyü yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə igid oğullar sırasında Birinci Qarabağ müharibəsinin şəhidi Zaqataladan olan “Rembo” ləqəbli Azad Davudov da var. Azadın keçdiyi şanlı döyüş yolundan ilhamlanan anası Züleyxa müəllimənin də illərdi əyilməz qaməti, hamıya örnək olacaq əməlləri çoxlarına bəllidir. Keçmiş döyüşçü, şəhid anası artıq 32 ildir 8 Mart - Beynəlxalq Qadınlar gününü oğlunun məzarı başında qeyd edir.