Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərafət Həsənov: Ermənistanın həyata keçirdiyi işğal nəticəsində Azərbaycan genişmiqyaslı humanitar fəlakətlə üzləşib

10.03.2025 [14:18]

Xəbərin mətni

1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı ölkəmiz silahlı münaqişəyə cəlb edilmiş və bunun da nəticəsində genişmiqyaslı humanitar fəlakətlə üzləşmişdir. Bunu “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini, general-leytenant Şərafət Həsənov deyib