Hərbi vəzifəlilərin təlim toplanışı davam edir
10.03.2025 [20:17]
Xəbərin mətni
Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təsdiq olunan tədris proqramına və günün nizam qaydalarına müvafiq olaraq, toplanışa cəlb edilən heyətlə sıra və fiziki hazırlıq üzrə məşğələlər keçirilir.