İşğaldan azad olunan Həsənriz kəndində Yel çərşənbəsi qeyd edilib.
11.03.2025 [23:04]
Baharın gəlişinin müjdəçisi olan Novruz çərşənbələri işğaldan azad edilmiş ərazilərdə coşğu ilə qeyd olunur.
Ağdərə rayonunun Həsənriz kəndində "Böyük Qayıdış"dan sonra ilk dəfə Yel çərşənbəsi tonqalı yandırılıb.
Azərbaycan xalqının adət-ənənələrinin doğma torpaqlarımızda yenidən qeyd olunması 32 ildən sonra öz yurduna qayıdan insanları qürurlandırıb. Həsənriz sakinləri tonqal ətrafına toplaşıblar. Onlar bir-birlərini təbrik ediblər, əlamətdar günləri öz doğma evlərində qeyd etməyin sevincini bölüşüblər.
Xatırladaq ki, 2025-cü ilin mart ayında “Böyük Qayıdış” Proqramı çərçivəsində Həsənriz kəndinə ümumilikdə 50 ailə köçürülüb. Hazırda kəndin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Kəndə köç mərhələli şəkildə davam edəcək.