Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdarə rəisi: Gəncə şəhər stadionunun tikintisinin sentyabradək başa çatdırılması nəzərdə tutulur

12.03.2025 [12:17]

Xəbərin mətni

1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.